Doğru bildiyiniz yalnışlar
Salam, dəyərli sayt.az izləyiciləri. Bu bloqda sayt.az komandası olaraq bir az sizinlə dərdləşmək istədik.
Sizə də məlum olduğu kimi sayt.az sayt hazırlanması, hosting, domen satışı, sosial media marketingi, mobil tətbiqlərin hazırlanması və s. xidmətləri göstərən şirkətdir.
Əgər bu bloqu oxuyursunuzsa deməli siz biznesiniz üçün sayt yaratmaq qərarına gəlmisiniz. Yaxşı, bəs istək və fikirlərinizi qarşı tərəfə (bizə) düzgün şəkildə necə ifadə etmək lazımdır, gəlin baxaq.
1. Ən çox gələn yalnış mesajlar - “Salam, sayt qiymətlərini deyərdiniz” Əgər siz sayt sifariş edirsinizsə, istəklərinizi tam aydın şəkildə bildirməlisiniz. Sayta əlavə olunan hər elementin funksionallığından asılı olaraq, qiymətlər bir-birinfən fərqlənir. Məsələn, 500 AZN-ə hazır edilən sayta müştəri əlavə button istəyirsə bu zaman artıq qiymət dəyişir bu da sonradan fikir ayrılığına gətirib çıxarır. Bunun qarşısını almaq üçün tam istəklərinizi yazaraq bildirə və ya nümunə olaraq istəyinizə uyğun başqa sayt göndərə bilərsiniz.
2. “Sayt sifariş etdim, amma satış yoxdur” bu düşüncə çox yalnışdır. Saytınızın sadəcə var olması sizin satışlarınızın miqdarını artırmaz. Bu avtomobilin yanacaqsız və ya elektriksiz hərəkət etməsini gözləmək kimidir. Saytınızın satış etməsi üçün onu sosial şəbəkələrdə, məkanda, qablaşdırma üzərində və s. reklamını aparmaq lazımdır.
3. “Qiymət ucuz olsun, sayt yüksək səviyyədə olsun, tez hazır olsun” Öncəliklə, ucuz ətin şorbası olmaz. Əgər siz yüksək səviyyəli sayt yığdırmaq istəyirsinizsə, bunun üçün müəyyən məbləği gözə almalısınız. Çünki saytların yığılması tam professional komanda tərfindən həyata keçirilir və hər bir detal xüsusi hazırlanır. Təbii ki, bu da müəyyən zaman tələb edir.
4. “Hostinq paketi almışam bir aylıq, paketə daxil olan e-mailləri açıb verin mənə. Xoşuma gəlsə, vaxtını uzadacam. ” E-mail açmaq üçün həm hostinq, həm də domen alınmalıdır. Təkcə hosting ilə e-mail açmaq olmaz. Domen alıb hostingə birləşdirdikdən sonra Hostinq paketində göstərilən e-maillərin sayı qədər e-mail aça bilərsiniz.
5. “Mən bir aydır domen almışam, onu geri qaytarmaq istəyirəm” - domenlərin alışı 1 illik olur. Siz onu geri qaytara bilmirsiniz.
Bütün bu sadaladıqlarımızı və bunlardan başqa digər nüansları düzgün yerinə yetirmək lazımdır ki, qoyduğunuz hədəfə daha tez çatasınız.
Sayt.az olaraq müştərilərimizə gözəl nəticələr təmin etmək üçün yorulmadan çalışan peşəkar komandamızla fəxr edirik. Bizim xidmətlərimizi seçdiyiniz zaman, sizin tələblərinizə diqqətlə qulaq asan, bu tələblərə uyğun ən effektiv həlləri tapmaq üçün çalışan və məqsədlərinizə nail olmaq üçün əl birliği ilə işləyən bir komandadan faydalanacaqsınız